Xəzər Xəbər

Talış kəndinin sakinləri doğma yurdda olmağın xoşbəxtliyini yaşayırlar VİDEO

Veb TV | 20:50 • 19 Mart 2023
Talış kəndinin sakinləri doğma yurdda olmağın xoşbəxtliyini yaşayırlar

İşğaldan azad edilmiş ərazilərə qayıdış davam edir.

Bu günlərdə bir qrup sakin Tərtər  rayonunun Talış  kəndinə köçürüldülər.

Xezerxeber.az-ın məlumatına görə, bu kənddə qısa  vaxt  ərzində yollar  çəkildi, evlər, məktəb binası, uşaq bağçası, inzibati bina inşa edildi.

Hər evin həyətyanı ərazisində əsaslı landşaft işləri görülüb, fərdi əkin sahələri yaradılıb və təsərrüfat anbarları inşa edilib. Bütün evlərin köhnə hasarları sökülüb, əvəzində yenisi tikilib. Evlərin daxili kommunikasiya xətləri yenidən qurulub.

Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə  yeni köçürülən  sakinlərlə görüşüb, onların evinə baş çəkərək həmsöhbət olublar. İndi sakinlər yeni evlərində bayramı qarşılamağın sevincini, həm də dövlət başçısı ilə görüşün fərəhini yaşayırlar.

Yeni salınmış evlərdə doğma ocağına qayıdan sakinlər üçün bütün rahatlıq təmin olunub. Kənddə müasir infrastruktur yaradılıb.

Talış kəndinin ilk sakinləridən biri də Eyyub Əkbərovdur. O  bildirir ki, bu kənddən çıxanda 30 yaşı olub. Aradan illər keçib. O indi kənd ağsaqqalı olaraq öz  evində dövlət başçısı ilə söhbət  edib.

Qeyd edək ki, Talış kəndinə ilkin mərhələdə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə köçürülüb. Növbəti mərhələdə burada daha 178 ev tikiləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti