Türkiyədə zəlzələdən sonra Bakıda köhnə binalardakı mənzillərin qiymətində ciddi artım var.
Xezerxeber.az-ın məlumatına görə, əmlak Məsələlləri üzrə ekspert Nofəl Quliyev deyib ki, insanlar sovet vaxtı tikilən 5 və 9 mərtəbəli binaların daha dayanıqlı olduğunu ehtimal edərək onlara maraq göstərirlər.
Ekspertin sözlərinə görə, yanvar ayından bu günə qədər qiymət artımı təxminən 30%-ə qədər artıb.
Ekspert bildirib ki, iki otaqlı evlər yanvar ayına qədər müştəriyə 100-110 minə təklif edilirdisə, zəlzələdən sonra 120 min və daha baha satılır. Qiymətə təsir edən baqşa bir amil həmin evlərin bütün kommunal infrasturukturunun və çıxarış sənədinin olmasıdır.
Nofəl Quliyev yaz-yay aylarında evlərin qiymətində artım olacağını istisina etmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: