Xəzər Xəbər

Bakıda xüsusi təyinatlı texnikaların hərəkətinə maneələr aradan qaldırılır VİDEO

Veb TV | 12:26 • 1 Fevral 2023
Bakıda xüsusi təyinatlı texnikaların hərəkətinə maneələr aradan qaldırılır

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğınsöndürən, habelə digər qəza-xilasetmə texnikalarının hərəkətinə süni maneələr törədən faktların aşkar edilib aradan qaldırılması üçün reydlər keçirib.

FHN-dən Xezerxeber.az-a verilən məlumata görə, Xidmət əməkdaşlarının paytaxtın Xətai rayonunda keçirdikləri reydlər zamanı binaların yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması faktları aşkar edilib. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin maneələr demontaj olunub, sakinlərlə maarifləndirici söhbətlər aparılıb.

Reyd zamanı DYNX-nin məsul əməkdaşları vətəndaşlara fərdi və ictimai təhlükəsizliyə xüsusi həssaslıqla yanaşaraq baş verə biləcək istənilən fövqəladə hadisə zamanı qəza-xilasetmə bölmələrinin operativ və effektli fəaliyyətinə maneə yarada biləcək addımlardan çəkinməyi tövsiyə edib və xatırladıb ki, Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə əsasən, bina və qurğulara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin və girişlərin tutulması qəti yolverilməz olmaqla hüquqi məsuliyyət yaradır.

Xəbər lenti

Çox oxunanlar