Xəzər Xəbər

Naxçıvanda bu məhsulun satışı qadağan imiş REPORTAJ/VİDEO

Muxtar Respublikada yeni dövr bazara da azadlıq gətirib
Veb TV | 11,578 | 20:03 • 30 Yanvar 2023
Naxçıvanda bu məhsulun satışı qadağan imiş

Naxçıvanda yeni dövr bazara da azadlıq gətirib. Məsələn, əvəllər xaricdə istehsal olunmuş elektrik lampasını satmaq qadağan imiş. Keçmiş rəhbərliyin nəzarətində olan şirkətlərin məhsullarına rəqib olduğu üçün. O məhsullar isə həddinən artıq baha satılırmış. İndi isə vəziyyət dəyişib, köhnə bazara təzə mallar gəlib. Özü də təzə qiymətlərlə...

Naxçıvana ezan olunmuş əməkdaşımız Şəbnəm Qurbansoy Naxçıvan bazarında olub, vəziyyətlə yerində maraqlanıb, satılılar və alıcılarla söhbətləşib.

Məlum olub ki, bir ay əvvələ kimi bazarda sadəcə Naxçıvan istehsalı olan elektrik lampasının satışına icazə verilirdi. Həmin məhsul isə 2 manata satılırdı və bu qiyməti əhaliyə sərf etmirdi.

İndi həm alıcılar, həm də satıcılar bazarlarda vəziyyətin xeyli dəyişdiyini dilə gətirirlər. Onlar 1 ay öncəyə qədər baha olan məhsulların indi sərfəli qiymətə satıldığını bildirirlər.

Naxçıvan sakinləri bundan sonra bazardakı süni qiymət artımlarından əziyyət çəkməyəcəklərinə ümid edirlər. Onlar düşünürlər ki, sahibkarlıq fəaliyyəti ilə bağlı indiyədək mövcud olan qadağaların aradan qaldırılması Muxtar Respublikada iqtisadi artıma təkan vercək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar