Xəzər Xəbər

Abşeron xəstəxanasında izdiham - Səbəb nədir? VİDEO

"Həkim azlığı və məsuliyyətsizlik işimizi çətinləşdirir"
Veb TV | 21:04 • 28 Yanvar 2023
Abşeron xəstəxanasında izdiham - Səbəb nədir?

Bu gün Abşeron Rayon Mərkəzi Xəstəxanasında izdiham yaşanıb. Şənbə günü olmasına baxmayaraq, xəstəxananın içərisində xeyli insan toplaşıb.

Xezerxeber.az-ın məlumatına görə, iddia edilir ki, müraciət edənlərin sayının çox olmasına baxmayaraq, qeydiyyat bölməsində cəmi 1 nəfər işləyr. Ona görə də vətəndaşlar saatlarla növbə gözləməli olublar.

Sakinlər iddia edirlər ki, həkim azlığı və məsuliyyətsizlik onların işini çətinləşdirir.

Məsələyə münasibət bildirən xəstəxananın baş həkimi Əli Allahverdiyev bildirib ki, şənbə günü müraciət edənlərin sayı digər günlərə nisbətən 15-20 faiz çox olur.

Ona görə də gələn həftədən yeni qeydiyyat məntəqələrinin istifadəyə veriləcəyi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar