Xəzər Xəbər

Səfirliyə hücum İranın xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş terror aktıdır VİDEO

Veb TV | 22:42 • 27 Yanvar 2023
Səfirliyə hücum İranın xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş terror aktıdır

Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum terrror yuvası olan İranda diplomatik nümayəndiliyimizin toxunulmazlığına zəmanət verilmədiyini bir daha sübut etdi.

Siyasi şərhçi Sədrəddin Soltan deyir ki, səfirliyimizin mühafizəsinə laqeyd yanaşılıb və hadisə zamanı ərazidə olan polislər terrorçunun zərərsizləşdirilməsi üçün addım atmayıblar.

Ekspert terror hücumunda İran dövlətinin birbaşa əlinin olduğunu bildirib. Qeyd edib ki, bu, İranın xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş terror aktıdır.

Hadisəni törədən Yasin Hüseynzadə İran vətəndaşıdır. Onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair şübhələr var. Sədrəddin Soltan deyir ki, həmin şəxsin avtomatla gəlməsi genişmiqyaslı qətlin törədilməsi planından xəbər verir. Burada hansısa şəxsi ədavətdən söhbət belə gedə bilməz. Əgər mühafizəçilər olmasaydı, bütün səfirlik əməkdaşları qətlə yetirilə bilərdi. Terrorçunun niyyəti məhz bu imiş.

Bu hadisə İranın diplomatik missiyaların düşməni olduğunun göstəricisidir. 2016-cı ildə Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğuna, ABŞ-nin İraqdakı konsulluğuna, həmçinin İsrailin Argentinadakı Mədəniyyət mərkəzinə və nümayəndəliklərinə iranlı terrorçular hücum ediblər. Bu hadisələr zamanı konsulluq və diplomatik nümayəndəliklərdə xeyli sayda insan qətlə yetirilmişdi.

Bu gün törədilmiş terakt da indiyədək İranda aparılmış anti-Azərbaycan təbliğatının nəticəsidir. Molla hökuməti Azərbaycan xalqından üzr istəməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar