Azərbaycanın İrandakı səfirliyinə hücum anının daha bir görüntüsü yayılıb.
Xezerxeber.az xəbər verir ki, bu görüntü də Azərbaycan səfirliyinin müşahidə kameraları tərəfindən qeydə alınıb.
Görüntülərdən bir daha aydın olur ki, Tehranın polis rəisinin hadisənin səbəbləri barədə dedikləri yalandır.
Belə ki, terrorçunun hadisə yerinə tək gəldiyi açıq-aydın görünür. Bundan başqa, səfirliyin binası önündə xidmət aparan İran polisinin baş verənlərə reaksiya vermədiyi görüntüdə əksini tapıb. İranlı polis səfirlik binasına belə daxil olmur və hadisələrə seyrçi mövqe sərgiləyir.