Gədəbəydə ailə daxilində yaranan mübahisə faciə ilə nəticələnib.
İddiaya görə, rayonun Düzyurd kənd sakini Vaqif Cəfərov ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirib. Qadın Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bundan sonra həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən Vaqif Cəfərov özü xəstəxanalıq olub.
Xezerxeber.az-ın məlumatına görə, iddia edilir ki, Asəf Cəfərov anasına xəsarət yetirdiyinə görə atasını döyərək ağır xəsarətlər yetirib. Kişi də həyat yoldaşının ardınca xəstəxanaya yerləşdirilib.
Vaqif Cəfərovun oğlu tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi və orada dünyasını dəyişməsi ilə bağlı iddialar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Faktla bağlı Gədəbəy Rayon Prokurroluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: