Bakının Türkan qəsəbəsində marşrut avtobusu problemi yaşanır.
Xezerxeber.az-ın məlumatına görə, 10 mindən çox sakini olan qəsəbənin sakinləri sözügedən marşrutun sistemsizliyindən və avtobusların istismara yararsızlığından təngə gəldiklərini deyirlər.
Onlar bununla bağlı dəfələrlə Bakı Nəqliyyat Agentliyinə müraciət ediblər, ancaq problem həll olunmayıb.
Mövzuya münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev də 101 saylı marşrut xəttində acınacaqlı vəziyyətdən xəbərdar olduqlarını bildirib.
Mais Ağayev ərazidə yeni avtobusların istismara verilməsini çətinləşdirən əsas maneənin yol infrastrukturunun bərbad vəziyyəti olduğunu bildirib. O əlavə edib ki, artıq bununla bağlı BNA əlaqədar qurumlarla danışıqlar aparıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: