Səbail rayonu ərazisində mobil telefon və məişət əşyalarının satıldığı mağazaların birindən oğurluq edilib. Naməlum şəxs obyektin pəncərəsini qıraraq orada olan 9 ədəd müxtəlif markalı mobil telefonu oğurlayıb.
Xezerxeber.az-ın xəbərinə görə, oğurlanan mobil telefonların dəyəri 24 min manat olub.
Səbail Rayon Polis İdarəsinin və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Kamil Fərəcov saxlanılıb.
Faktla bağlı 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: