"Biz minbəri başqa ölkələrdə dini təhsil alan insanlara etibar edə bilmərik. Çünki onlar kimlərdən dərs alıblarsa, onları da təqlid edirlər".
Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.
Komitə rəsmisi bildirib ki, başqa ölkələrdə dini təhsil alan din xadimləri azərbaycançılıq ideyaları və milli-mənəvi dəyərləri lazımınca ifadə edə bilmirlər: “Mütləq şəkildə onlarda yad təsir hiss olunur. Bu da istər-istəməz onların ideoloji səhvlər buraxmalarına və təxribatlarına gətirib çıxarır”.
İşğaldan azad olunmuş ərazilərdə olan məscidlərin fəaliyyətindən danışan Səyyad Salahlı deyib ki, Şuşada olan məscidlər əsasən təyinatı üzrə fəaliyyət göstərəcək. Ancaq bəzi məscidlərdən muzey kimi də istifadə edilə bilər.
Səyyad Salahlı əlavə edib ki, azad edilmiş ərazilərdəki məscidlərin fəaliyyəti tam bərpa edildikdən sonra ianələrlə bağlı müəyyən tədbirlər görüləcək.
"Dini etiqad azadlığı haqqında" qanundakı dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: