Xəzər Xəbər

Ermənilərin sərhəddə təxribatları onlara baha başa gələ bilər - Hərbi ekspert VİDEO

Veb TV | 20:36 • 4 May 2022
Ermənilərin sərhəddə təxribatları onlara baha başa gələ bilər - Hərbi ekspert

Azərbaycan artıq bir il yarımdır ki, üçtərəfli birgə bəyanatın bütün maddələrinin icrasını gözləyir, lakin ermənilər danışıqlarda müəyyən irəliləyiş əldə edilən kimi yeni təxribatlara əl atır.

Xezerxeber.az-ın məlumatına görə, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

O, ard-arda sərhəddə atəşkəsin pozulması faktından sonra, Xocavənd istiqamətində qanunsuz erməni silahlılarının səngər qazmasının bölgədə vəziyyətin ağırlaşmasına səbəb ola biləcəyini deyir.

Ədalət Verdiyev bildirir ki, son hadisələr - sərhəddə və sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində baş verənlər Ermənistanın daxili gərginliyinin simmetrik əksidir. Həmin təxribatlarla bağlı daha bir ehtimal isə bu ölkədəki Qarabağ klanına bağlı ordu birləşmələrinin bilərəkdən gərginlik yaratmaq cəhdidir. Hər iki hal Azərbaycana öz hüquqlarından istifadə haqqı verir.

Hərbi ekspert qeyd edir ki, hazırda Ermənistan ordusu və ya rus sülhməramlıların məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizlə müharibə aparmaq gücü yoxdur və istənilən yeni qarşıdurma onların məhvi ilə nəticələnəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar