Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitənin ölkə ərazisinə qaçmaqmalçılıq yolu ilə gətirilərək qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Xezerxeber.az-ın xəbərinə görə, Astara rayonunda dəniz kənarı yerlərdən birində naməlum şəxsin külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyi barədə əməliyyat məlumatı daxil olub.
Su polisləri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotiklə dolu bağlamaları götürüb hadisə yerindən uzaqlaşmaq istəyən Elçin Bəşirov saxlanılıb. Polis İdarəsində araşdırma aparılan zaman həmin şəxsin əvvəllər məhkum olunmuş Elçin Bəşirov olduğu müəyyən edilib. Onun əlindəki çantaya baxış keçirilərkən 5 ədəd bağlamada qablaşdırılan yüksək təsiredici xassəyə malik ümumi çəkisi 8 kiloqram 345 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: