Xəzər Xəbər

Sürücülərin tanımadıqları yol nişanı VİDEO

Veb TV | 12:09 • 4 May 2022
Sürücülərin tanımadıqları yol nişanı

Avtomobillərin sıx olduğu küçə və prospektlərdə piyadaların hərkətini tənzimləmək üçün qaydalar tətbiq olunur, səkilər yaradılır, keçidlər tikilir. Eyni qaydalar insanların çoxluq təşkil etdiyi ərazilərə də şamil olunur. Ancaq bu dəfə nəqliyyat vasitələrinin hərəkəti  məhdudlaşdırılır. Bunun üçün də həmin yerin girşinə “yaşayış zonası” yol nişanı qoyulur. Bakıda da az da olsa belə nişana rast gəlmək olar. Məsələn, Sabunçu rayonu Yavər Əliyev küçəsinə daxil olan kimi bu tələblə qarşılaşırıq.

Sorğu apardığımız zaman məlum oldu ki, sürücülərin, eləcə də piyadaların bir çoxu bu nişanın tələblərindən xəbərsizdirlər.

Xezerxeber.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elçin Rzayev deyib ki, sözügedən nişan yol hərəkəti qaydalarının 5-ci qrup nişanlarına aiddir.  Digər ölkələrdə də geniş tətbiq olunan nişanın bir sıra üstünlükləri var.

Ekspertin fikrincə, yaşayış zonasında sürət məhdudiyyəti tələbi zəruridir və sürücü ərazini tərk edənə qədər qaydalara əməl etməlidir.

Bakı Nəqəliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə "Xəbər Ertəsi"nə bildirib ki, adı çəkilən yol nişanları bugünədək  paytaxt küçələrində olmayıb. Agentlik tərəfindən ilk dəfə belə işlərə başlanıb və yaxın vaxtlarda piyadaların sıx olduğu digər  yerlərdə də bu cür yol nişanları qoyulacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti