Ötən il bank depozitləri üzrə faizlər azaldılsa da, bu, kredit faizlərinə təsir etməyib. Nəticədə kredit üzrə faizlər depozitlərdən daha çoxdur.
Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, kreditlər üzrə faizlərin tənzimlənməsinə və azaldılmasına ehtiyac var.
İqtisadçı alimin fikrincə, bir sıra təşviqedici tədbirlər nəticəsində kredit faizlərinin təqribən 4 faiz azaldılmasına nail olmaq mümkündür.
Millət vəkili bildirib ki, ipoteka kreditləri də 2 faiz azaldıla bilər.
Vətəndaşlar da kredit faizlərinin çox olmasından narazıdırlar.
Xezerxeber.az mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edir: