Xəzər Xəbər

Tovuzda transformatordan oğurluq edən şəxsi "tok" öldürüb VİDEO

Veb TV | 21:42 • 2 May 2022
Tovuzda transformatordan oğurluq edən şəxsi "tok" öldürüb

Tovuz rayonu, Əyyublu kəndində elektrik paylayıcısından oğurluq etmək istəyən 3 nəfərdən birini cərəyan vuraraq öldürüb.

Məlumata görə, kənd sakini 34 yaşlı Yasin İbrahimov dostları ilə artezian quyularının birində elektrik paylayıcısına daxil olub. Bu zaman onu cərəyan vurub. Nəticədə o hadisə yerində dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, mərhumun əmisi hadisənin konkret hansı şəraitdə baş verdiyindən məlumatsız olduğunu bildirib. O, qardaşı oğlunun fəhləlik etdiyini qeyd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Eşqi Qasımovun sözlərinə görə, hadisə yerində polis və prokururluq əməkdaşları araşdırmalar aparıblar. Hadisənin oğurluq zamanı baş verməsinə əsaslı şübhələr yaranıb.

Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti