Gəncədə yeniyetmələr arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. 16 yaşlı oğlan, 17 yaşlı oğlanı ölümcül bıçaqlayıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən Əziz Əliyev prakında qeydə alınıb.
Mübahisə zamanı 17 yaşlı oğlana iki bıçaq xəsarəti yetirilib. O, xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs isə ərazidən qaçıb. Yaralı dərhal əməliyyat edilib.
Xəstənin həkimi Etibar Abbasovun sözlərinə görə, əməliyyat edilən xəstənin vəziyyəti ağırdır.
Gəncə polisinin apardığı araşdırma zamanı müəyən edilib ki, 17 yaşlı oğlanı 16 yaşlı yeniyetmə aralarında yaranan mübahisə zamanı bıçaqlayıb. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Tərəflər arasında mübahisənin hələlik hansı səbəbdən düşdüyü məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: