Ölkəmizdə "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzulu beynəlxalq konfransın keçirilməsi əlamətdar hadisədir. Konfrans beyin mərkəzləri üçün çox faydalı oldu. Əvvəlcə Şuşada, daha sonra isə Bakıda keçirilən görüş Azərbaycanın bölgənin siyasi mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirdi.
Dünyanın nüfuzlu beyin mərkəzlərinin rəhbərlərinin və tanınmış ekspertlərinin iştirakı ilə əvvəlcə Şuşada, daha sonra isə Bakıda keçirilən Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans Azərbaycanın bölgənin siyasi mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirir..
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Şöbə müdiri Cavid Vəliyev bildirib ki, konfransın keçirilməsi beyin mərkəzlərinin rəhbərlərinin Azərbaycanın regionun gələcəyinə olan baxışını müəyyən etmək üçün mühüm idi.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Şöbə müdiri Cavid Vəliyev bildirib ki dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıların iştirak etdiyi və Azərbaycan siyasi rəhbərliyinin diqqət mərkəzində olan bu cür tədbirlərin təşkili ölkə rəhbərliyinin regional və beynəlxalq proseslərə sağlam baxışının təqdimatı kimi qiymətləndirilməlidir. Şuşada beynəlxalq tədbirlərin keçirilməsi ilə erməni vəhşiliyi dünyaya real vəziyyətdə, maddi sübut şəkilində təqdim olunur. Həmçinin, Azərbaycanın sülhə, gələcəyə, inteqrasiyaya olan inamını göstərən işlər də nümayiş etdirilir.
Bir sözlə bu konfrans mədəniyyətimizin paytaxtı olan Şuşanın həm də regional və qlobal siyasi, iqtisadi və humanitar problemlərin müzakirə olunduğu intellektual platforma rolu oynadığını deməyə əsas verir deyə şöbə müdiri vurğulayıb.