Xəzər Xəbər

Cənubi Qafqazdakı yeni reallıq regionun inkişafına imkan verir VİDEO

Veb TV | 20:40 • 1 May 2022
Cənubi Qafqazdakı yeni reallıq regionun inkişafına imkan verir

Ölkəmiz hər zaman regionda sülh və əmin-amanlığın çarcısı olub. Vətən müharibəsindən qalib ölkə kimi ayrılmasına baxmayaraq, Azərbaycanın qarşı tərəfə sülh əlini uzatması da bundan irəli gəlir. Ermənistan bu reallığı nə qədər tez anlasa və ona uzanan əli sıxa bilsə, region o qədər sürətlə inkişaf edəcək və təhlükəsiz olacaq. 

Azərbaycan Vətən müharibəsində öz gücünü dünyaya sübut etməklə həm də regionda yeni bir dövrün başlanğıcını qoydu. Bu dövr isə ancaq region ölkələrinin sülh və əməkdaşlığına söykənə bilər. Prezident İlham Əliyev dünyanın beyin mərkəzləri nümayəndələrinin də iştirakı ilə keçirilmiş "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda bu məsələyə xüsusilə diqqət çəkdi. Dövlət başçısı Azərbaycanın bu məsələdə regionun ən əsas sülh və davamlı inkişaf təşəbbüskarı olduğunu vurğulamaqla əslində rəsmi Bakının mövqeyini ortaya qoydu.

Beynəlxalq hüquq və geosiyasət üzrə ekspert Əmir Əliyev deyir ki, artıq Ermənistanla dayanıqlı sülh əlaqələrinin qurulması üçün Azərbaycan beynəlxalq hüquqa uyğun 5 təməl prinsip irəli sürüb və Ermənistan da bunu qəbul edib. Rəsmi İrəvan bu istiqamətdə atdığı addımların davamını gətirərsə, bu, əvvəla, erməni xalqının faydasına olacaq...

Əmir Əliyev deyir ki, rəsmi İrəvan Cənubi Qafqazın inkişafı üçün regionda Azərbaycan və Türkiyə ilə üçtərəfli təmasdan çəkinməməli, revanşist meyillərə birdəfəlik son qoymalıdır. Üstəlik, Azərbayacan bütün dünyada özünü multukurtural və tolerant ölkə kimi sübut edib. Qarabağda yaşayan erməniləri də öz vətəndaşları kimi qəbul edir, onların hüquq və azadlıqlarını, həmçinin təhlükəsizliklərini təmin etmək iqtidarındadır.

Ekspertin sözlərinə görə, Azərbaycan hər zaman sülhün tərəfdarı olub və bu istiqamətdə aparılan danışıqları istisnasız dəstəkləyib. Rəsmi Bakının bütün təşəbbüsləri də məhz bundan irəli gəlir.

 

Xəbər lenti

Çox oxunanlar