Xəzər Xəbər

Azərbaycanda MASKA TƏLƏBİ ləğv edildi - İki illik qadağa götürüldü VİDEO

Maska tələbi ləğv edilsə də, qapalı məkanlarda taxılması tövsiyə olunur
Veb TV | 20:59 • 1 May 2022
Azərbaycanda MASKA TƏLƏBİ ləğv edildi - İki illik qadağa götürüldü

Bu gündən etibarən ölkəmizdə maska taxmaq tələbi ləğv edildi. Amma bu, o demək deyil ki, virus tamamilə yoxa çıxıb və infeksiya riski  aradan qalxıb. Hələ də dünyanın əksər ölkələrində 10 minlərlə şəxs  bu virusa yoluxur, yüzlərlə insan  həyatını  itirir.  Həmçinin, yeni ştamların  meydana çıxma məsələsi də var. Bütün bunları nəzərə alaraq  həkim -infeksionistlər hər birimizi diqqətli olmağa səsləyir.

Tibbi maskadan istifadə tələbi bu gündən ləğv edilib. Amma buna baxmayaraq, hələ də maska ilə gəzən şəhər sakinlərinə rast gəlmək mümkündür.

Pandemiya hələ də davam etdiyinə görə, bəzi insanlar tədbiri əldən vermirlər və gigiyena qaydalarına riayət etməyə davam edirlər..

Dünyanın bir sıra ölkələrində hələ də gündəlik yoluxma halları 10 minlərlə ölçülür, yüzdən çox insan isə dünyasını dəyişir. Təkcə dünən Almaniyda 57 min, İtalyada 53 min, Fransada isə 49 mindən çox yeni yoluxma faktı qeydə alınıb. Virus səbəbindən Almaniyada 106, İtaliyada 130, Fransada isə 61 nəfər dünyasını dəyişib.

Həkimlər də deyirlər ki,  pandemiya bitməyib, yoluxma, yeni təhlükəli ştamların yaranması və yayılması təhlükəsi hələ də qalır. 

Buna görə də tibbi maskadan istifadə tələbi ləğv olunsa da, vətəndaşlar öz sağlamlıqları naminə insanların sıx olduqları yerlərdə ara məsafəsi saxlamalı, gigiyena qaydalarına riayət etməlidirlər.

Mütəxəssislər həmçinin onu da vurğulayırlar ki, bütün bu qaydalara əməl etmək insanları təkcə korovirusdan deyil, digər respirator viruslardan da qoruya bilir.

Xəbər lenti

Çox oxunanlar