"Bavariya" və "Borussiya" (Dortmund) Almaniya Bundesliqasında 32-ci tur oyununa çıxıblar.
Çempionluğu vaxtından əvvəl rəsmiləşdirən Münhen təmsilçisi "Maynts"ın qonağı olub və 1:3 hesabı ilə uduzub. Dortmund klubu isə evdə "Bohum"a 3:4 hesabı ilə məğlub olub.
"Maynts" - "Bavariya" - 3:1
Qollar: Burkardt, 18 (1:0), Niakhate, 27 (2:0), Levandovski, 33 (2:1), Martins, 57 (3:1)
"Borussiya" (Dortmund) - "Bohum" - 3:4
Qollar: Polter, 3 (0:1), Holtmann, 8 (0:2), Haaland, 18-pen (1:2), 30-pen (2:2), 62 (3:2), Lokadia, 81 (3:3), Mantoviç, 85 (3:4)
Qeyd edək ki, "Bavariya" 75 xalla 1-ci, "Borussiya" 63 xalla 2-ci, "Bayer" 55 xalla 3-cüdür.