Dünyanın beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq konfransda prezident İlham Əliyevin toxunduğu ən önəmli məsələrdən biri də Qarabağın su ehtiyatları ilə bağlı çıxışı oldu. Bu çıxışda prezident ermənistanın törətdiyi ekoloji terrora diqqət çəkdi. Millət vəkili Cavid Osmanov deyir ki, yeni reallıqda Azərbaycan Qarabağdakı su resurslarından səmərəli istifadə etməklə bir çox problemləri həll edəcək..
"Qarabağda çoxlu su resursları var ki, biz onları Azərbaycanın digər hissələrinə də yönləndirəcəyik".
ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyevin toxunduğu ən önəmli məsələrdən biri də Qarabağın su ehtiyatları ilə bağlı çıxışı oldu. Dövlət başçısı Ermənistanın Azərbaycana qarşı həyata kecirdiyi ekoloji terrora diqqət çəkdi. Bildirdi ki, Azərbaycan 30 il ərzində çaylarımızdan məhrum olub.
Millət vəkili Cavid Osmanov deyir ki, işğaldan azad edilmiş ərazilərimizdə ermənilər zaman-zaman çaylarımızı çirkləndiriblər. Hətta Avropa Şurası Parlament Assambleyası bir neçə il əvvəl bu məsələ ilə bağlı xüsusi hesabat da hazırlayıb.
Millət vəkilinin fikrincə, Qarabağdakı su ehtiyatlarının Azərbaycanın su problemi olan digər ərazilərinə yönləndirilməsi isə bir çox problemləri həll edəcək.
İşğaldan azad olunmuş ərazilərimizdə aparılan monitorinqlər də bunu deməyə əsas verir ki, Qarabağda kifayət qədər su resursu mövcuddur.