Prezident İlham Əliyevin ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransdaki çıxışında bildirdiyi fikirlər Azərbaycanın mövqeyi ilə bağlı bir sıra mühüm məqamlara aydınlıq gətirdi. Dövlət başçısının dünyanın beyin mərkəzlərinin ekspertləri ilə açıq və səmimi dialoqu, suallara verdiyi cavablar, önəmli mesajlar dünyaya ünvanlanmışdı.
Prezident İlham Əliyev dünyanın beyin mərkəzlərinin nümayəndələrinin suallarını cavablandırarkən bir sıra önəmli məsələlərə də aydınlıq gətirdi. Xüsusilə də Vətən müharibəsinin davam etdiyi günlərdə Azərbaycan tərəfinin atdığı hərbi-siyasi addımları bir daha xatırlatdı...
Millət vəkili Arzu Nağıyev həmçinin Prezidentin konfransda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün Avropa İttifaqının atdığı addımları təqdir etməsini də şərh edib. O, dövlət başçısının Brüsselin ədalətli vasitəçi adlandırmasının təsadüfi olmadığını vurğulayıb.
Politiloq Elçin Mirzəbəyli isə deyir ki, Avropa İttifaqı da Azərbaycan və Ermənistan arasında birbaşa təmasların qurulmasının tərəfdarıdır.
Politoloqun fikrincə, ümumlikdə ölkə baçısının səsləndirdiyi fikirlər, dünyanın beyin mərkəzlərinin nümayəndələrinin ünvanladıqları suallara verdiyi əhatəli cavablar Azərbaycanın son illər güclənən mövqeyinin təzahürüdür.