İngiltərə Premyer Liqasında XXXV tura start verilib.
“Nyukasl” öz meydanında çempionluq mübarizəsində olan “Liverpul”u qəbul edib.
Məhəmməd Salah, Trent Aleksander-Arnoldun ehtiyatda olduğu oyunda “Liverpul” qvineyalı Nabi Keytanın 19-cu dəqiqədə vurduğu yeganə qolla qalib gəlib.
Qeyd edək ki, bu nəticədən sonra “Liverpul” 82 xalla turnir cədvəlinin liderinə çevrilib. Bu gün Bakı vaxtı ilə saat 20:30-da “Mançester Siti” “Lids” səfərində qalib gəlib, yenidən liderliyi özünə qaytarmağa çalışacaq.
"Nyukasl" - "Liverpul" - 0:1
Qol: Keyta, 19
Bu nəticədən sonra xalını 82-yə yüksəldən "Liverpul" turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. 34 oyundan 80 xalı olan "Mançester Siti" 2-cidir.