Maska artıq həyatımızın bir parçasına çevrilmişdi deyə bilərik. İstər qapalı, istər açıq məkanlar olsun-artıq 2 illik bir müddətdir ki, hər yerdə maska ilə gəzir, onu özümüzdən ayırmırdıq. Sabahdan isə bu tələb ləğv edilir. Artıq maska ilə bağlı məcburiyyət olmayacaq.
Maskalı sonuncu gün... Sabahdan etibarən artıq bütün qapalı məkanlarda, o cümlədən, avtobuslarda, metrostansiyalarda, ticarət mərkəzlərində, ictimai iaşə obyektlərində, hava limanı ərazisində, təhsil müəssisələrində və bir sıra başqa obyektlərdə tibbi maskalardan istifadə məcburi xarakter daşımayacaq.
Ölkəmizdə qapalı məkanlarda maska taxmaq tələbi 2020-ci ilin iyunundan tətbiq olunmağa başladı. Həmin ilin noyabrında tələb açıq məkanlara da şamil edilməyə başlandı. 2021-ci ilin mayında açıq havada maskadan istifadə məcburiyyəti ləğv edildi.
Qeyd efək ki, maska taxmaq tələbi ləğv edilsədə amma pandemiya davam etdiyindən əhali ayıq-sayıq olmalıdır. Əhalinin sıx toplaşdığı yerlərdə, qapalı məkanlarda maskadan istifadə tövsiyə olunur.