Bakı-Quba avtomobil yolunda əsaslı təmir-bərpa işlərinə başlanılıb. Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılacaq.
Vətəndaşları uzun müddətdir narahat edən Bakı-Quba yolu əsaslı təmir olunacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılacaq.
Artıq bu gündən işlərə start verilib. Yolun təmir gedən hissəsi hərəkətə bağlanıb. Sürücülərdən təmir-bərpa işləri zamanı hərəkətdə olarkən diqqətli olmaları, və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq.