Paytaxtın müxtəlif rayonlarında eyni adlı, eləcə də adsız küçələrə rast gəlmək olur. Bununla yanaşı insanlarda təəccüb doğuran küçə adları da var. Belə küçələrin yenidən adlandırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən komissiya yaradılıb. Bu komissiyanın fəaliyyəti özündə nələri ehtiva edəcək ?
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən yaradılan komissiya həm də küçələrə adların verilməsi və onların dəyişdirilməsi ilə də məşğul olacaq. Bakı şəhər ixcra hakimiyyətinin şöbə müdiri Mübariz Əlimədətov bildirib ki, eyni adlı küçə problemini həll etmək üçün vahid məlumat bazası yaradılacaq.
Mübariz Əlimədətov qeyd edib ki, küçələrə veriləcək yeni adlar dilçi-tarixçi alimlər tərəfindən araşdırılacaq. Əsaslandırılmadan sonrada proses icra ediləcək.
Qeyd edək ki, artıq həmin Komissiyanın iclası keçirilib. İclasda eyniadlı və adsız küçələrin, həmçinin ərazidə yenidənqurma işləri nəticəsində yaranan yeni küçələrin müəyyənləşdirilməsi və bununla bağlı təkliflərin hazırlanmasının təmin edilməsinə dair tapşırıqlar verilib.