Xəzər Xəbər

Sürücülərin nəzərinə: Buna görə 50 manat cərimə oluna bilərsiniz VİDEO

Veb TV | 20:20 • 29 Aprel 2022
Sürücülərin nəzərinə: Buna görə 50 manat cərimə oluna bilərsiniz

Yollarda baş verə biləcək ağır qəzaların sayını minumuma endirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin texniki müayinə mərkəzlərində yenilik edilib. Texniki baxışa təqdim olunan avtomobillərin alt işlək hissələri də xüsusi vasitələrlə yoxlanışdan keçirilir. Əgər nasazlıq varsa, bu barədə sürücüyə məlumat verilir. Bu arada polis avtomobilinin texniki baxış vaxtı çatan sürücülərə də müraciət edib.

Bir müddətdir ki, avtomobillərin texniki baxışı zamanı yenilik tətbiq edilir. Belə ki, bütün texniki Müayinə Mərkəzlərində nəqliyyat vasitələrinin alt işlək hissələri də dəqiqliklə yoxlanır. Asqıların nə qədər saz vəziyyətdə olması bu sistemlə, sükan sonluğu isə belə yoxlanır. 

Texniki Müayinə Mərkəzinin əməkdaşı Kamal Əhmədli deyir ki, avtomobillərin texniki cəhətdən sazlığı yol hərəkəti təhlükəsizliyini təmin edən əsas amillərdən biridir. O, bəzi hallarda sürücülərin avtomobillərini texniki baxışa son gündə təqdim etmələrinin onlar üçün çətinliklər yaratdığını deyir.

Bu arada ramazan bayramı günlərində texniki müayinə mərkəzləri də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. 

Qeyd edək ki, avtomobilini vaxtında texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. 

Xəbər lenti

Çox oxunanlar