Rusiyanın Ukraynaya hücumundan sonra minlərlə soydaşımız Ukraynadan həm Azərbaycana, həm də digər qonşu ölkələrə təxliyə edildilər. Ancaq müharibənin hələ də davam etdiyi indiki vaxtda bəzi soydaşlarımız yenidən Ukraynaya qayıtmaq istəyirlər. Ortaya sual çıxır: indiki vəziyyətdə ora qayıtmaq nə qədər doğrudur? Bu barədə Kiev azərbaycanlıları konqresinin sədri Oleq Krapivin ''Xəzər Xəbər''ə danışıb.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədər olaraq Ukraynanı tərk etmək məcburiyyətində qalan soydaşlarımızdan bəziləri yenidən bu ölkəyə qayıtmaq istəyirlər. Artıq bununla bağlı Kiev Azərbaycanlıları Konqresinə xeyli müraciət daxil olub. Konqresin sədri Oleq Krapivin ''Xəzər Xəbər''ə bildirib ki, vətəndaşlarımız səbrli olmalı və bir müddət gözləməlidirlər. Çünkü hələ də Ukraynanın paytaxt şəhərinə bombalar atılır.
Bununla belə Oleq Krapivin qayıtmaq istəyənlərə təhlükəsizlikləri baxımından 3 yol təklif edir. Onun sözlərinə görə, hazırda Türkiyə, Macarıstan və Polşa vasitəsilə Ukraynaya qayıtmaq olar
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra minlərlə soydaşımız bu ölkədən Azərbaycana və digər dövlətlərə təxliyə olunublar.