Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb. Bu barədə Mərkəzi bankın sədri Taleh Kazımov keçirdiyi onlayn mətbuat konfrasında deyib. Sədr həmçinin Azərbaycanda maliyyə sektoru ilə bağlı qanunvericilik bazasının yenilənəcəyini bildirib.
Mərkəzi Bank uçot dərəcəsini dəyişilməz olaraq saxlayıb.
Bu barədə Mərkəzi bankın sədri Taleh Kazımov keçirdiyi onlayn mətbuat konfrasında deyib.Onun sözlərinə görə qərar bu gündən qüvvəyə minir.
Taleh Kazımov həmçinin bank, sığorta və qiymətli kağızlar sektoru üzrə yeni qanun layihələri hazırlandığını diqqətə çatdırıb. Sədr hazırda qanunvericilik bazası üzərində işlərə başlanıldığı vurğulanıb.
Taleh Kazımov həmçinin bildirib ki, Mərkəzi Bank ölkədə yeni maliyyə alətlərinin tətbiq edilməsi imkanlarını nəzərdən keçirir."Mərkəzi bank olaraq qısa və orta müddətdə pul bazarının inkişafına fokuslanmışıq. Bu çərçivədə maliyyə sektoruna yeni alətlərin gətirilməsi imkanları təhlil olunur. Hazırda əsas istəyimiz manatın gəlirliliyini, daha effektiv işləməsini təmin etmək, bununla da, faizlərin iqtisadiyyata tsansmissiyasını artırmaqdır" deyə o vurğulayıb.