Xəzər Xəbər

Sumqayıtda baş vermiş dəhşətli yanğından ən son məlumatlar VİDEO

Veb TV | 19:43 • 29 Aprel 2022
Sumqayıtda baş vermiş dəhşətli yanğından ən son məlumatlar

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğın səhər saatlarında  söndürülüb. Hadisə zamanı müəssisədə işçilərindən 9 nəfər xəstəxanaya müraciət edib. Birinci Vitse-Prezident Mehriban Əliyeva Sumqayıtda baş vermiş yanğınla bağlı paylaşım edib. Mehriban Əliyeva yanğının söndürülməsində dövlət qurumları əməkdaşlarının peşəkarlığını müsbət qiymətləndirib.

Ötən gün axşam saatlarında sumqayıtda  "Azərsun Sənaye Parkı"nın ərazisində baş verən yanğın bu gün lokallaşdırılıb.

Hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür.

Bu arada Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun rəhbərliyi altında operativ iclas keçirilib. 

İclasda "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğının ehtimal olunan başvermə səbəbləri müzakirə olunub, aidiyyəti strukturların rəhbərlərinin məruzələri dinlənilib. Nazir yanğınla bağlı yaradılmış istintaq qrupu tərəfindən hadisənin səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. 

Güclü yanğın zamanı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb. Xəstəxanada onlara dərhal yardım göstərilib. 9 nəfərdən 7- si tüstü zəhərlənməsi ,2-si isə yanıq xəsarəti olub.

Bu arada Birinci vitse-prezident Mehriban Əliyeva Sumqayıtda baş vermiş yanğınla bağlı paylaşım edib.Paylaşımda deyilir:"Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı"nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm".

Xəbər lenti