Hərfləri Azərbaycan əlifbası ilə, sözləri isə rus dilində yazılan dərs vəsaiti.
Sosial şəbəkələrdə paylaşılan belə bir foto müzakirələrə səbəb olub. Aşağı yaş qrupu üçün nəzərdə tutulan və ilkin anlayış vərdişlərini öyrədən vəsaitdə əksini tapan bu ifadələr dilimizə yaddır.
Təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, belə kitablar fərdi müəlliflər tərəfindən nəşriyyatlarda və poliqrafiya mərkəzlərində çap edilir. Həmin vəsaitlər uşaqların məktəbdənkənar fərdi inkişafı üçün nəzərdə tutulub.
Kamran Əsədov bildirir ki, bu cür kitablarla bağlı monitorinq aparılmalı və satışına qadağa qoyulmalıdır.
Fikirlərini öyrəndiyimiz valideynlər dəbu cür vəsaitlərin nəşrinin və satışının qarşısının alınmasının tərəfdarıdılar.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirildi ki, həmin vəsaitlər Nazirlik tərəfindən sifariş edilməyib və tədris prosesində istifadə olunmur.