Bu gün Ümumdünya Əməyin Mühafizəsi günüdür. Əməyin mühafizəsi dedikdə, işçilərin həyat və sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin yaradılması başa düşülür.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri yuyucu-buxarlayıcı stansiyasında da əl əməyini minimuma endirmək üçün vaqonların yuyulması texnologiyasında yeniliklər edilib.
Burada əvvəlcə vaqonların üst hissəsinə xüsusi qurğular bərkidilir, daha sonra par, bir neçə dəqiqədən sonra isə su vurulur.
Gün boyu platformaya daxil olan çən-vaqonlar bu şəkildə yuyularaq yenidən istifadəyə verilir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramovanın sözlərinə görə, Biləcəri yuyucu-buxarlayıcı stansiyası Qafqazda uzun illərdir fəaliyyət göstərən yeganə stansiyadır. Amma 2005-ci ildə stansiyda yenidənqurma işləri aparılıb.
Sözügedən stansiyada əvvələr əl əməyindən istifadə edildiyindən neft çəninin yuyulmasına xeyli sayda canlı qüvvə cəlb edilirdi və bu posesə saatlarla vaxt lazım olurdu. Hazırda çənlərin təmizlənməsi avtomatik rejimdə həyata keçirildiyindən bu prosesə 1-2 saat vaxt sərf olunur.
Stansiyanın baş mühəndisi İlham Abdullayev isə deyib ki, stansiyada açıq vaqonlar üç, qapalı vaqonlar isə beş yükdaşımadan sonra mütləq yuyulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: