Xəzər Xəbər

Azərbaycanda kurikulum sistemi ləğv edilir? - Təhsil Nazirliyinin şöbə müdiri AÇIQLADI VİDEO

Veb TV | 12:11 • 28 Aprel 2022
Azərbaycanda kurikulum sistemi ləğv edilir? - Təhsil Nazirliyinin şöbə müdiri AÇIQLADI

Ölkədə ümumtəhsil məktəblərinin kurikulum təhsil proqramına keçməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Yeni proqramdan narazılıq edənlər də var, yaxşı nəticələr gözləyənlər də. Bəziləri isə xüsusilə şagirdlərin məktəb vəsaitlərinin artmasından, dərs yükünün ağırlığından şikayətlənirlər.

Təhsil eksperti Vaqif Abışov deyir ki, sözügedən proqram Azərbaycan təhsil sisteminə uyğunlaşdırılsa da, bir sıra çatışmazlıqlar qalmaqdadır. Belə ki, dərs yükünün çoxluğu müəllimlərin tədris prosesini düzgün aparmasında, şagirdlərin isə həmin fənləri qavramasında çətinliklər yaradır.

Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirir ki, kurikulum bilik və bacarıqların inkişafına əsaslanır. Bu proqrama keçməkdə də məqsəd təhsil sistemimizi dünya standartlarına uyğunlaşdırmaqdır. Ancaq bu sistem də sabit qalmamalı, yeniliklər mütəmadi izlənməli və tətbiq edilməlidir. Arıtq bu istiqamətdə addımlar da atılır. Elə bir neçə gün əvvəl məktəbə qədər təhsil pilləsi üzrə kurikulumların yenilənməsi barədə qərar qəbul olunub.

Nazirlik rəsmisi deyir ki, yeni təhsil proqramı gözləntiləri doğruldub və əvvəlki, yəni bilik əsaslı təhsilə qayıtmaq düzgün hesab edilmir.

Xəbər lenti

Çox oxunanlar