Xəzər Xəbər

Sinifləri qaranlıq, döşəməsi bərbad - Məktəbdə dözülməz vəziyyət VIDEO

Veb TV | 19:35 • 1 May 2022
Sinifləri qaranlıq, döşəməsi bərbad - Məktəbdə dözülməz vəziyyət

Dahi Azərbaycan şairi Əhməd Cavadın 130 illik yubileyi ərəfəsində onun doğulduğu rayonda adını daşıyan məktəb acınacaqlı durumu ilə gündəmə gəlib.  Şəmkir şəhər Əhməd Cavad adına orta məktəbin binası baxımsız vəziyyətdədir. Yaşı 60 ilə yaxınlaşan bina bircə dəfə də olsun təmir edilməyib. 

Yararsız vəziyyətdə olan dam örtüyünün arasından ot bitib

Qırılmış pəncərələrin yeri taxta və dəmir lövhələrlə bağlanıb. Sanitar qovşağa isə üfunətdən yaxın düşmək olmur. Görüntülər Şəmkir şəhər Əhməd Cavad adına orta məktəbdəndir. 

Təhsil müəssisəsi uzun müddətdir ki, təmir edilməyib. Binadakı baxımsızlıq şagirdləri təngə gətirib. 

Valideynlərin sözlərinə görə sınıq pəncərələrin yerinə taxta və dəmir lövhələri vurulduğundan sinif otaqları qaranlıq olur. Qapıları sınıq, döşəməsi isə yararsız vəziyyətdədir.

Mövcud vəziyyəti şərh edən məktəbin direktoru bildirib ki, məsələ ilə bağlı aidiyyəti üzrə müraciət olunub. 

Qeyd edəki, Şəmkir rayonunda 78 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onların bir qismi indiyədək təmir edilib. 

 

Xəbər lenti

Çox oxunanlar