UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
İlk oyun günündə bir matç baş tutub.
Mançesterdə öz ölkə çempionatlarının hazırkı liderləri “Mançester Siti” (İngiltərə) ilə Madrid “Real”ı (İspaniya) qarşılaşıb. 7 qolun vurulduğu oyunda ev sahibləri üstün olub – 4:3
Komandalar arasında cavab görüşü mayın 4-də keçiriləcək.
Xatırladaq ki, son İngiltərə çempionu, ÇL-in son finalçısı olan “şəhərlilər”lə “Kral klubunun”nun axırıncı dueli 2020-ci ildə baş tutub. Çempionlar Liqasının 1/8 finalı çərçivəsindəki hər iki oyunda ingilislər 2:1 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, digər yarımfinal matçı aprelin 27-də İngiltərədə “Liverpul” və İspaniya “Vilyareal”ı arasında olacaq.
UEFA Çempionlar Liqası
1/2 final (ilk oyun)
"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 4:3
Qollar: Kevin de Bruyne, 2, Qabriel Jezuş, 11, Fil Foden, 53, Bernardu Silva, 74 - Kərim Benzema, 33, 82 (pen.), Vinisius Junior, 55