Çin dünyada inqilabi dəyişikliyə yol açacaq yeniliyə imza atır.
Çindəki bir şirkət sürücüsüz avtomobillərin istehsalına başlayıb. 100 avtomobillə başladılan startap layihə gələn il Çinin iki ən böyük şəhərini əhatə edəcək. Bu şəhərlərdəki bütün taksilər robotaksilərlə əvəz ediləcək.
"Reuters”in xəbərinə görə, bu layihənin dəyəri 8.5 milyard dollardır.
Qeyd edək ki, son illər Çində robotaksilərə qarşı böyük maraq yaranıb.