Bakıda qəzalı vəziyyətdə olan yaşayış binalarında yoxlamalar başlanıb.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Rəşid Ağayev "Xəbər Ertəsi"nə bildirib ki, şəhərdə qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarında inventarizasiya işləri aparılır.
Bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq komissiya yaradılıb. Şöbə müdiri qeyd edib ki, yaşayış üçün təhlükəli vəziyyətdə olan binalar əsasən mərkəzi rayonlarda çoxluq təşkil edir.