Xəzər Xəbər

Salyanda qətl törədilib VİDEO

Veb TV | 20:35 • 26 Aprel 2022
Salyanda qətl törədilib

Salyan rayonunun Təzəkənd kəndi ərazisində qətl hadisəsi törədilib.

Xezerxeber.az-ın məlumatına görə, kişi qızından boşanmış keçmiş kürəkənini bıçaqlayaraq qətlə yetirib.

İddialara görə, gecə saatlarında 37 yaşlı Faiq Məlikov boşanmış arvadının yaşadığı atasının evinə gedib və evdə olan keçmiş qayınatası ilə mübahisə edib. Onun spirli içkinin təsiri altında olduğu bildirilir.

Mübahisə zamanı 70 yaşlı Məlikağa Əliyev bıçaqla Faiq Məlikovu öldürüb. Bundan sonra yaxınlarına xəbər verib.

Ölənin keçmiş həyat yoldaşı Rəvanə Məlikova deyir ki, Faiq onlara tez -tez gəlib narahat edirmiş.

Salyan Rayon Prokurorluğundan verilən məlumata görə, Məlikağa Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb. Məlikağa Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar