Xəzər Xəbər

Əlilliyi olan şəxslərin məşğulluğunun artırılması üçün yeni layihələr icra ediləcək VİDEO

Veb TV | 20:39 • 5 İyul 2021
Əlilliyi olan şəxslərin məşğulluğunun artırılması üçün yeni layihələr icra ediləcək

Əlillərin işlə təmini üçün yeni layihələr həyata keçiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, əlilliyi olan şəxslərin məşğulluğa cəlb olunması üçün "Virtual İnnovasiyalar Parkı" adlı  yeni bir layihə yaradılır.

Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədovun sözlərinə görə, əlil şəxslərin sözügedən platformada şəxsi kabineti olacaq. Onlar bura daxil olaraq, öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Elşən Əsədov hesab edir ki, yaxşı ideya, layihələri olan bu cür insanlar çoxdur. Ona görə də onların virtual məkana gətirilməsi bir az vaxt alacaq. Lakin sonda əlillərin əmək bazarı və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində addımlar atılacaq.

Başqa bir layihə isə sırf eşitmə və nitq məhdudiyyətli şəxslər ilə bağlıdır.

Elşən Əsədov deyib ki, həmin insanlar  gündəlik həyatla yanaşı, təhsil, səhiyyə, müxtəlif ictimai iaşə müəssisələri və dövlət orqanlarında ünsiyyət zamanı ciddi çətinliklərlə qarşılaşırlar. Yeni texnologiya bu problemləri aradan qaldıracaq.

Qurum rəsmisi bildirib ki, növbəti ildən sözügedən layihələrin reallaşdırılması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

                                                                                                                                                                                                     

Xəbər lenti