Xəzər Xəbər

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin üzvləri məhkəmədə ifadə verib VİDEO

Veb TV | 20:08 • 5 İyul 2021
Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin üzvləri məhkəmədə ifadə verib

Bu gün 13 nəfərdən ibarət erməni diversiya qrupunun üzvləri məhkəmədə ifadə verib.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun - Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Prosesdə ifadə verən Feliks Qriqoryan özünü ittihamlarla bağlı qismən təqsirli bilib. O qeyd edib ki, ötən il noyabrın 21-də komissarlığa çağırılıb. Ayın 27-də komissarlıqdan hərbi hissəyə göndərilib, silah və zirehlə təchiz olunandan sonra Laçına, oradan isə Hadrutda göndərilib.

Hakim bildirib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadə ilə sərbəst ifadəsi arasında ziddiyyət var. Prosesdə ifadə verən Verd Anbardanyan da eyni məzmunlu ifadə verib. Bildirib ki, Laçının Azərbaycan ərazisi olduğunu bilib.

Dəstənin digər üzvü Andranik Mikaelyan isə bildirib ki, müharibə vaxtı Cəbrayılda ehtiyat batalyonda olub.

Təqsirləndirilən şəxs bildirib ki, həmin ərazilərin Azərbaycana aid olduğunu bilməyib. Məhkəmədə şahidlər də dindirilib. 

Növbəti məhkəmə prosesi iyulun 12-nə təyin edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

                                                                                                                                                                               

Xəbər lenti

Çox oxunanlar