“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi ABŞ Milli Kosmik Kəşfiyyat İdarəsinin kəşfiyyat peyklərindən ibarət daha bir qrupu orbitə çıxarıb.
Xezerxeber.az xəbər verir ki, “Falcon 9” ABŞ-ın Sakit okean vaxtı ilə yanvarın 9-da saat 19:53-də Kaliforniyadakı Vandenberq bazasından start götürüb. Raketin artıq 22-ci dəfədir istifadə olunan ilk pilləsi Sakit okeandakı “Of Course I Still Love You” platformasına şaquli eniş edib.
Bu, “SpaceX” kompaniyasının NROL-153 missiyası çərçivəsində orbitə çıxardığı optik-elektron kəşfiyyat peyklərinin artıq yeddinci qrupudur. Mini-peyklərin təyinatı və onların sayı haqqında məlumat məxfi saxlanılır.
Qeyd edək ki, kəşfiyyat peykləri 2021-ci ildə “SpaceX” və “Northrop Grumman” kompaniyaları ilə imzalanmış 1,8 milyard dollarlıq müqaviləsi əsasında hazırlanır.