Rusiyadan olan “Telegram” istifadəçiləri messencerdə nasazlıqlar barədə məlumat verməyə başlayıblar.
Xezerxeber.az xəbər verir ki, bu barədə "Sboy.rf" xidməti məlumat yayıb.
Şikayətlərin böyük hissəsi Moskva (31%) və Sankt-Peterburq (10%) istifadəçilərindən daxil olub.
“Downdetector” portalının məlumatına görə, dünyanın digər ölkələrinin sakinləri də nasazlıqlar barədə məlumat veriblər.
Əksər istifadəçilər serverlə bağlantı qurmağa cəhd edərkən problemlərlə üzləşdiklərini bildiriblər.