Xəzər Xəbər

PUA-ları hədəf alan kiberhücumların aşkarlanması üçün yeni yanaşma təklif olunub

Texnologiya | 12:38 • 19 Sentyabr 2024
PUA-ları hədəf alan kiberhücumların aşkarlanması üçün yeni yanaşma təklif olunub

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun doktorantı Orxan Vəlixanlının “Çəkili maşın öyrənməsinə əsaslanan süni intellektdən istifadə edərək PUA şəbəkələrində xidmətdən imtina hücumlarının aşkarlanması” (UAV networks DoS attacks detection using artificial intelligence based on weighted machine learning) adlı məqaləsi “Elsevier” nəşriyyatında çap olunan “Results in Control and Optimization” jurnalında dərc olunub.

Bu barədə Xezerxeber.az-a institutdan məlumat verilib.

Məqalədə qeyd olunur ki, son zamanlar pilotsuz uçuş aparatlarını (PUA) müxtəlif növ kiberhücumlar hədəf alır. Bu kiberhücumlardan biri də PUA-ların şəbəkəsinə edilən xidmətdən imtinadır. Xidmətdən imtina kiberhücumlarının vaxtında aşkarlanmaması isə PUA-lar ilə olan əlaqənin itməsinə və onların qəzaya uğramasına səbəb ola bilər.

Təqdim edilən məqalədə PUA-ları hədəf alan müxtəlif növ xidmətdən imtina kiberhücumlarının aşkarlanması üçün yeni yanaşma təklif olunub. PUA-ların bir çox sistemlə müqayisədə resurslarının (prosessorun sürəti, əməli yaddaşın həcmi və s.) məhdud olduğunu nəzərə alaraq, yeni yanaşmada modelin mürəkkəbliyinin minimuma endirilməsinə xüsusilə diqqət yetirilib. Məsələn, modelin mürəkkəbliyinin azaldılması üçün cəmi 5 xüsusiyyətin istifadə edilməsinə baxmayaraq, modelin aşkarlama dəqiqliyi olduqca yüksək (99.51 faiz) olub.

Qeyd edək ki, “Results in Control and Optimization” jurnalı “Scopus” və “Web of Science” bazalarında indeksləşir.

Xəbər lenti

Çox oxunanlar