ABŞ hərbi qüvvələri Florida ştatında səsdən sürətli silahın sınaqlarını keçiriblər.
Xezerxeber.az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi məlumat verib.
Mənbənin sözlərinə görə, ABŞ Ordusu və Hərbi Dəniz Qüvvələrinin birgə keçirdikləri sınaqlar Kanaveral burnunda ABŞ Kosmik Qüvvələrinin bazasında baş tutub.
"Bu sınaqlar istismara hazır səsdən sürətli texnologiyanın inkişafında mühüm mərhələdir", - deyə bildirən müdafiə nazirliyinin nümayəndəsi bunun sayəsində avadanlıq və proqram təminatının işi haqqında mühüm məlumatlar əldə edildiyini vurğulayıb.
O bu ilin əvvəlində oxşar sınaqların keçirildiyini təsdiqləyib.
Pentaqon əməkdaşı sınaqların uğurlu olub-olmadığını izah etməyib, həmçinin sistemlər barədə başqa təfərrüat verməyib.