ABŞ Federal Aviasiya İdarəsi (FAA) iki həftə əvvəlki qəzadan sonra dayandırılmış “Falcon 9” raketinin buraxılışlarının bərpasına icazə verib.
Xezexeber.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi FAA-nın bəyanatına istinadla məlumat yayıb.
"Ətraflı araşdırmadan sonra FAA müəyyən edib ki, iyulun 11-də “SpaceX”in buraxılışı zamanı baş vermiş yayınma ətrafdakıların təhlükəsizliyi üçün təhdid yaratmayıb. Bu o deməkdir ki, ümumi təhqiqat açıq qaldığı müddətdə “Falcon 9” uçuşları bərpa edə bilər", - deyə bəyanatda bildirilir.
Xatırladaq ki, iyulun 11-də “Falcon 9” raketi mühərrikində yaranmış nasazlıq səbəbindən Starlink peyklərinin növbəti qrupunu lazımı orbitə çıxara bilməmişdi və bu səbəbdən onlar atmosferdə yanmışdı. İnsident son 7 ildə bu tip raketlərin buraxılması ilə bağlı ilk qəza idi.