Xəzər Xəbər

Süni intellekt və robotlar səhiyyə sektorunu dəyişdirir

Texnologiya | 15:27 • 18 İyul 2024
Süni intellekt və robotlar səhiyyə sektorunu dəyişdirir

Dünya İqtisadi Forumunun məlumatına görə, dünya səhiyyə sektoru 9 trilyon dollar dəyərində qiymətləndirilir ki, bu da qlobal ÜDM-in 11 faizini təşkil edir. Bu gün bu nəhəng bazar süni intellekt və robot texnikası sahəsindəki irəliləyişlərlə köklü şəkildə dəyişdirilir.

“Euronews” telekanalının “The Exchange” proqramında süni intellekt və robot texnikasından istifadənin səhiyyə sektorunun fəaliyyətini necə dəyişdirməsi barədə söhbət açılıb.

Verilişin aparıcısı Qətərdə Aman xəstəxanasında olub və həkimlərlə söhbət edib. Telekanalın reportajında qeyd olunur: “Onlar hesab edirlər ki, süni intellekt və robot texnikası xəstələrə qayğını əhəmiyyətli dərəcədə yaxşılaşdırır”.

“GE HealthCare” qabaqcıl tibbi avadanlıqların, rəqəmsal həllərin və geniş çeşidli xidmətlərin tanınmış Amerika istehsalçısı və təchizatçısı, həmçinin dünyanın ən böyük tibbi texnologiya şirkətlərindən biridir. O, bütün dünyada xəstəxanaları yüksək keyfiyyətli diaqnostik müayinə avadanlığı və İT həlləri ilə təmin edir. Ötən il şirkətin xalis gəliri 20 milyard dollara yaxın artıb. ”GE HealthCare International” qrupunun prezidenti və baş icraçı direktoru Eli Şayo “The Exchange” proqramına şirkətin süni intellekt və robot texnikası sahəsində ən son nailiyyətləri daxil olmaqla səhiyyənin gələcəyinə necə sərmayə qoyduğunu və bu cür texnologiyalara investisiyanın xəstələrə və biznesə necə təsir edə biləcəyini izah edib.

 

Proqramda, həmçinin “tibbi futuroloq” kimi tanınan Bertalan Mesko da iştirak edib. Onun fikrincə, texnologiya xəstələrin ehtiyaclarını ödəməlidir. Doktor Mesko tamaşaçıları tibbi avadanlıqların ən son ixtiraları və nailiyyətləri ilə tanış edib. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar