“YouTube” son vaxtlar artan süni intellekt texnologiyaları ilə istehsal edilən saxta məzmuna qarşı yeni bir addım atıb.
İstifadəçi “deepfake” (Dipfeyk süni intellekt neyron şəbəkələrindən istifadə edərək yaradılan foto, audio və video materialların, səsin sintezi üçün texnologiyadır) məzmunlu video yayımlayırsa, bunu həm “YouTube”a, həm də şərh bölməsində izləyicilərinə bildirməlidir. Bu məlumat paylaşılmazsa, video ən qısa zamanda silinəcək.
Yuxarıda göstərilən şərtlərə əməl olunmazsa platforma rəsmi olaraq istifadəçilərin şikayətlərinə uyğun olaraq belə məzmunu siləcəyini açıqlayıb.
Qeyd edək ki, yüklənən hər hansı "deepfake" video şikayətdən sonra 48 saat ərzində silinəcək və onu yükləyən kanal cəzalandırılacaq. (Trend)