Xəzər Xəbər

Polşa Ukraynaya tədarük etdiyi silahlardan Rusiya ərazisinə zərbə endirilməsinə icazə verib

Texnologiya | 12:50 • 29 May 2024
Polşa Ukraynaya tədarük etdiyi silahlardan Rusiya ərazisinə zərbə endirilməsinə icazə verib

Polşa Ukraynanın Rusiya ərazisindəki hədəflərə zərbə vurması üçün Varşavadan aldığı silahlardan istifadə etməsini məhdudlaşdırmır.

Xezerxeber.az xəbər verir ki, Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bu barədə “Radio Zet” radiostansiyasının efirində deyib.

“Ukraynaya tədarük etdiyimiz Polşa silahları ilə bağlı heç bir məhdudiyyət yoxdur”, - deyə Tomçik bildirib. Onun sözlərinə görə, Varşava hazırda Ukrayna üçün 45-ci hərbi yardım paketini hazırlayır.

Bir müddət öncə Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel Aİ-nin müdafiə nazirlərinin iclasından sonra indiyədək yalnız bir və ya iki ölkənin Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsi üçün təchiz etdikləri silahlardan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmağa hazır olduğunu bildirib.

NATO-nun Baş katibi Yens Stoltenberq isə həmin iclasda alyans dövlətlərinin Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsi üçün qoyduqları məhdudiyyətləri götürüb-götürməmək barədə fərdi qərar qəbul etdiklərini qeyd edib.

Xəbər lenti

Çox oxunanlar