Xəzər Xəbər

Türkiyənin modernləşdirdiyi "Laçın" qırıcısı Azərbaycana verildi

Texnologiya | 12:34 • 21 May 2024
Türkiyənin modernləşdirdiyi "Laçın" qırıcısı Azərbaycana verildi

Azərbaycan Hərbi Hava Qüvvələrinin parkına modernləşdirilmiş qırıcı təyyarə olan “SU-25 ML” markalı, “Laçın” adının verildiyi təyyarə daxil edilib.

Xezerxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətindən məlumat yayıb. 

Bildirilib ki, sözügedən qırıcı analoqlarından bir sıra cəhətlərinə görə fərqlənir. Onlardan biri həmin təyyarənin idarə olunabilən “Teber” aviasiya bombaları və raketlər, eləcə də qanadlı raketləri idarə etməyə imkan verən avadanlıqlarla təchiz olunmasıdır. Həmin silahlar da məhz Türkiyədə istehsal edilib. 

Bununla yanaşı, təyyarənin komplektasiyasına raketləri lazer vasitəsilə istiqamətləndirə bilən KGK tipli avadanlıqlar da daxil edilib. Təyyarələrdə qanadların açılması hesabına uçuş məsafəsinin artırılması, kəskin hava şəraitində müşahidə qabiliyyətinin yüksəldilməsi, eləcə də ANS/KKS proqram təminatı da quraşdırılıb. 

Xatırladaq ki, “Laçın” təyyarələrində nəzərdə tutulan “KGK” avadanlığının əsas üstünlüyü raketin buraxıldığı yerdən 110 kilometrlik məsafədəki hədəfi məhv edə bilməsi üçün doğru istiqamətləndirmək, eləcə də 37 kilometrdən də artıq yüksəklikdən atılan raketi belə dəqiq tuşlamaq qabiliyyətidir.

Xəbər lenti

Çox oxunanlar